Separatçılar “S-300”ləri sınaqdan keçirdi – Qarabağda

Separatçılar “S-300”ləri sınaqdan keçirdi – Qarabağda
Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən hərbi təlimində "S-300” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Ermənistan müdafiə nazirliyinin yetkilisi Sevak Torozyan deyib.
Torozyan qeyd edib ki, təlimlərdə sınaqdan keçirilən hərbi-texnika və sistemlər arasında Rusiyadan alınmış "S-300”lər də var.
Azərbaycanın işğal edilmiş ərazilərində bir neçə gün əvvəl başlayan təlimlər bu gün başa çatacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az