Separatçılar təlimlərə başlayır - Xocalı cəlladı rəhbərlik edəcək

Separatçılar təlimlərə başlayır - Xocalı cəlladı rəhbərlik edəcək

Qarabağın dağlıq hissəsindəki separatçıların "təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyanın təşəbbüsü ilə fevral-may aylarında atəş hazırlığı üzrə təlimlər keçiriləcək.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Təlimlərdə məqsədin qondarma respublikanın sakinlərinin (separatçıların - red.) hərbi bacarıqlarını təkmilləşdirmək olduğu bildirilib.

Təlimlərin separatçı birləşmələrin maddi-texniki təminatı əsasında həyata keçiriləcəyi deyilib.

Vitali Balasanyan azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının müəlliflərindən biridir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az