Separatçıların keçmiş başçıları haqda yeni xəbər: hələ Qarabağdadırlar

Separatçıların keçmiş başçıları haqda yeni xəbər: hələ Qarabağdadırlar
Özünü buraxmış qondarma "Dağlıq Qarabağ respublikasının keçmiş rəhbərləri” barədə yeni xəbər yayılıb.

Modern.az saytının məlumatına görə, Qarabağ separatçılarının üç keçmiş başçısı - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Ermənistana qaçdığı barədə xəbər hələ ki rəsmən təsdiqlənməyib.

Aravot.am saytının məlumatına görə, separatçılarının üç keçmiş başçısı, habelə sonuncu qondarma "prezident” Samvel Şahramanyan Ermənistana keçməyib, hazırda  Qarabağda qalmaqda davam edirlər.

Sayt dünən axşamdan sosial şəbəkələrdə və Teleqram kanallarında danışıqlar nəticəsində "Artsaxın üç keçmiş prezidenti”nin təhlükəsiz şəkildə İrəvana çatdığı barədə məlumatları təkzib edib.  

"Gözlənilir ki, bu gün baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyanın taleyi həll olunacaq”, - sayt yazıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az