Sərkisyanın parlamentdəki daimi nümayəndəsi istefa verdi –Səbəb

Sərkisyanın parlamentdəki daimi nümayəndəsi istefa verdi –Səbəb

Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan istefa verib.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, V. Dallakyan hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığın bildirib.

V. Dallakyan 2017-ci ildə keçiriləcək parlament seçkilərində aktiv iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Xarici ölkələrin Ermənistandakı səfirlərinə müraciət edən V. Dallakyan bugünkü çıxışından sonra onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Ermənistan prezidenti Serj Sərkisyanın məsuliyyət daşıyacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistan mətbuatı bundan sonra V. Dallakyanın "Sınıq” (Şrdzadardz)  adlı partiya yaradacağını, həmin partiyaya sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etməsinin gözləndiyini yazıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az