Seysmoloq həyəcan təbili çaldı: “Elə bir zonadayıq ki, qaynar qazanın içindəyik...”

Seysmoloq həyəcan təbili çaldı: “Elə bir zonadayıq ki, qaynar qazanın içindəyik...”

"Ölkədə bütün tikinti normalarımızı vaxtı ilə 1977-ci ildə Bakı şəhərinin 8-9 ballıq zəlzələyə dözümlülük cədvəlinə əsasən qurmalıyıq. Türkiyədə baş verən zəlzələlərdən həm də bu nəticəni çıxarmalıyıq”.
 
Bu sözləri Moderator.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.
 
Onun sözlərinə görə, bu məsələdə heç bir güzəştə yol vermək olmaz: "Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar və ya Cinayət Məcəlləsində dəyişiklik edib, bu qaydaları pozan adamları ciddi cəzalandırmalı, həmin layihəni təşkil edən, onlara himayədarlıq edən və icra edənlər barədə ciddi qərarlar qəbul olunmalıdır. Xalq bilməlidir ki, onun taleyi kimlərin əlindədir və ya onun gələcəyini kimlər məhv edir. Ən vacibi isə odur ki, vətəndaşın Konstitusiya ilə haqqıdır ki, dövlət onun müxtəlif təbiət hadisələrindən qorunmaq hüququnu bərpa etsin və daha dəqiq desək onu qorusun”. 
 
"Ən vacib məsələlərdən biri də budur ki, bəzən görürsən ki, yeni binalar tikiləndə gediş-gəliş yolundan məsafə gözlənilmir. Halbuki, binalar yoldan məsafəli olmalı, hər hansı bir hadisə baş verərsə onların həyətdə toplaşması, hətta bir neçə gün ərzində ərazidə qalması üçün müvəqqəti infrastruktur qurulmalıdır. Bir sözlə, Türkiyə kimi nəhəng ölkədə bu, baş verirsə, biz eyni səhvləri etmələli və nəticə çıxarmalıyıq. Yəni, seysmik zonalara diqqətcil olmaq lazımdır”-deyə, seysmoloq vurğulayıb.
 
Müsahibimiz ölkə üzrə zəlzələlərə hazır olmadğımızı da diqqətə çatdırıb: "Biz indiki məqamda yalnız zəlzələdən sonraya hazır ola bilərik. Çünki zəlzələ istənilən zaman ola bilər. Çünki biz elə bir zonadayıq ki, qaynar qazanın içindəyik. Biz dünyanın ən oynaq, tektonik cəhətdən ən qeyri-stabil qurşağında yerləşirik. Bunu yadımızdan çıxarmamalıyıq. Yəni, geciksək də elədiyimiz səhvləri düzəltmək haqqında düşünməliyik”.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az