Şeyxülislam Allahşükür Paşazadə Fransaya səfər edəcək

Şeyxülislam Allahşükür Paşazadə Fransaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Miq.Az xəbər verir ki, səfərin məqsədi Avropa Şurasının mayın 2-də "Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

Avropa Şurasının dinlərarası dialoqun təşviqi yönündə təşkil edəcəyi bu konfrans Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır. Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlib.
Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda məruzə ilə çıxış edəcək Şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb. Çıxışında QMİ sədri müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az