Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür

Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür


Oktyabrın 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür. Səfər Misirin Baş Müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. Şeyxülislam A. Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edəcəkdir.
         
Misir dövlətinin Prezidenti Əbdülfəttah Əs-Sisi cənablarının ali himayəsi ilə baş tutan Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu "İmam Qürafi mükafatı”na layiq görülmüş Şeyxülislam A. Paşazadənin təltifolunma mərasimi baş tutacaqdır.
         
Səfər çərçivəsində QMİ sədri A.Paşazadə üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin Baş İmamı Şeyx Əhməd ət-Təyyib ilə və Misir dövlətinin rəsmilərilə görüşlər keçirəcəkdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az