Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Türk xalqları dar gündə bir-birinin yanında olmalıdır"

Şeyxülislam Hacı Allahşükür Paşazadə:
"Ramazan ayı mərhəmət ayıdır, bu günlərdə biz hər birimiz şəhidlərimizi yad etməli, onları unutmamalıyıq”.

"Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insanın həyatını itirdiyini xatırladan QMİ sədri bunun bir imtahan olduğunu bildirib: "Hesab edirəm ki, türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”.

"Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Sərhəddə duran bütün əsgərlərimizi Allah qorusun. Allah bir daha bizə müharibə göstərməsin”, - deyə A.Paşazadə vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az