Sidorov: Bakı NATO silahları ilə Türkiyə standartlarına keçir

Sidorov: Bakı NATO silahları ilə Türkiyə standartlarına keçir
Azərbaycan öz Silahlı Qüvvələrinin potensialını artırmağa davam edir. Bakı şəxsi heyətin hazırlanması və NATO istehsalı olan silah, eləcə də texnikanın tədarükü ilə Türkiyə standartlarına keçir.

Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov deyib.

O bildirib ki, bu amil həm də "Cənubi Qafqaz regionunda potensial münaqişələrin gərginləşməsinə” səbəb olur:

"Münaqişənin gərginləşməsi ilk növbədə ayrı-ayrı dövlətlər arasında ərazi məsələlərinin həll edilməməsi ilə bağlıdır. Rusiya bu regionda sabitləşdirici rol oynayır. Eyni zamanda, Vaşinqton və Brüssel Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, münaqişədən sonrakı nizamlanma ilə bağlı öz baxışlarını irəli sürərək, təhlükəsizlik modeli formatını tətbiq etməyə çalışır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az