Şimaldan Bakıya gələn avtomobillər yolda qaldı - Güclü qar

Şimaldan Bakıya gələn avtomobillər yolda qaldı - Güclü qar

Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

Trend-in məlumatına görə, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az