Sığorta bazarının 88 faizi 5 şirkətin əlində cəmlənib – Siyahı

Sığorta bazarının 88 faizi 5 şirkətin əlində cəmlənib – Siyahı
Bu ilin ilk 9 ayı ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 731,2 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 66,1%-ni "Paşa Həyat Sığorta” və "Paşa Sığorta” şirkətləri toplayıb.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta” və "Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 483,4 milyon manat olub.

Ən çox sığorta haqqı toplayanların ilk beşliyini 58,8 milyon manatlıq yığımla "Atəşgah Həyat Sığorta” və "Atəşgah Sığorta”, 48,1 milyon manatlıq yığımla "Qala Sığorta” və "Qala Həyat Sığorta”, 30,2 milyon manatllıq yığımla "Xalq Sığorta”, 19,4 milyon manatllıq yığımla "İpək Yolu Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 87,5%-i adları qeyd olunan 5 şirkətin – "Paşa”, "Qala”, "Atəşgah”, "Xalq” və "İpək Yolu” şirkətlərinin əlində cəmlənib. Bu ilin ilk 9 ayında 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 639,9 milyon manat olub.

Ən az sığorta haqqı toplayan şirkətlər isə 1,65 milyon manatlıq yığımla "Meqa Həyat Sığorta”, 1,75 milyon manatlıq yığımla "Naxçıvansığorta” və 3,65 milyon manatlıq yığımla "Ata Sığorta” şirkətləri olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az