Azercell şəbəkəsi güclənməkdə davam edir
Azercell Telekom həm abunəçi
sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın
lider mobil operatoru olmaqda davam edir. Azercell-in təklif etdiyi keyfiyyətli
rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə hər zaman
rahat əlaqə qurmaq imkanı deməkdir. 2014-cü
ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G
şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%)
gücləndirən şirkət bu ilin əvvəlindən indiyə qədər yeni 2G, 3G və 4G baza stansiyasını abunəçilərin istifadəsinə verib. Təkcə iyul ayı ərzində
Azercell 10 sayda 2G, 36 sayda 3G baza stansiyası quraşdırıb. Ümumillikdə, hal-hazırda
ölkə ərazisində Azercell-in 2690 sayda 2G, 1880 sayda 3G və 264 sayda 4G baza
stansiyası mövcuddur. Hər zaman
abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini
təkmilləşdirən Azercell toplam 4834 baza stansiyası ilə fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Azərbaycanın
ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən
Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% faiz daha da gücləndirib.Bir sıra innovativ
konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq
GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin
təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq
laboratoriyaları yaradılmışdır.
Azercell hər zaman olduğu kimi
öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə
sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.