“Şıxov”da daha iki nəfər boğuldu – Qarğıdalı satan oğlan özünü qurban verdi

“Şıxov”da daha iki nəfər boğuldu – Qarğıdalı satan oğlan özünü qurban verdi
Bakıda "Şıxov” çimərliyində bədbəxt hadisə baş verib. 

Miq.az-a daxil olan məlumata görə, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, ilk öncə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə kiçik ticarətlə məşğul olan, qarğıdalı satan 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub. Nəticədə həmin şəxs özü də suda boğulub. 

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və xilasedicilər çağırılsa da, onlar hələ də sözügedən əraziyə gəlməyiblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az