Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU

Siyasətçilər seçim etdi: Tramp, yoxsa Harris? - SORĞU
Xəbər verildiyi kimi, bu gün ABŞ-də prezident seçkiləri keçirilir. Bütün dünyanın diqqəti hazırda okeanın o tayındadır. Aparılan rəy sorğularının nəticələrinə nəzər sadıqda aydın olur ki, hər iki tərəfin şansları bərardir. Bu da seçkilərin nə qədər gərgin keçəcəyinin təzahürüdür.

KONKRET.az bir neçə azərbaycanlı siyasətçiyə "Seçin imkanınız olsaydı, Donald Trampa səs verərdiniz, yoxsa Kamala Harrisə?” sualını ünvanlayıb.

Cavablar isə müxtəlifdir.

ReAL partiyasının sədri Natiq Cəfərli seçimini Trampdan yana istifadə edib.

https://konkret.az/cloud/uploads/2024/06/natiq-ceferli-real-383x252.jpg 383w" sizes="(max-width: 700px) 100vw, 700px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə sual verildikdən sonra bir neçə saniyə düşünüb və Kamala Harrisi seçib.

https://konkret.az/cloud/uploads/2024/11/1618508771_erfgerfewfrewr-439x252.jpg 439w" sizes="(max-width: 638px) 100vw, 638px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

2024-cü il Azərbaycan prezidentliyinə namizəd Fuad Əliyev Trampın daxili və xarici siyasətini dəstəklədiyini vurğulayıb:

https://konkret.az/cloud/uploads/2024/11/1704873287_fuad-eliyev-aldp-336x252.jpg 336w" sizes="(max-width: 640px) 100vw, 640px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

"Donald Trampın həm daxili, həm də xarici siyasətini dəstəkləyirəm. 2016-cı ildə də qeyd etmişdim ki, o seçiləcək. Elə də oldu. Bu dəfə də eyni fikirdəyəm”.

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də Trampın qalib gəlməsini istədiyini bildirib.

https://konkret.az/cloud/uploads/2024/11/SOW6uowyTpiIBRTZR5G5-378x252.jpg 378w" sizes="(max-width: 750px) 100vw, 750px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Nəsirovun sözügedən məsələyə reaksiyası aşağıdakı kimi olub:

https://konkret.az/cloud/uploads/2024/11/20191113104908_21641700-343x252.jpeg 343w" sizes="(max-width: 700px) 100vw, 700px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

"Hisslərim mənə deyir ki, Tramp qalib gələcək”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də Trampı dəstəklədiyini açıqlayıb.

https://konkret.az/cloud/uploads/2024/11/1705908684205590306065ae19cc8b60f-427x252.jpg 427w, https://konkret.az/cloud/uploads/2024/11/1705908684205590306065ae19cc8b60f-768x453.jpg 768w" sizes="(max-width: 780px) 100vw, 780px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

Deputat Fazil Mustafa cavab verməkdə çətinlik çəkdiyini deyib:

https://konkret.az/cloud/uploads/2024/11/9e3dd1e0-cefe-11ed-be2e-754a65c11505.jpg-370x252.webp 370w" sizes="(max-width: 640px) 100vw, 640px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

"Trampla Harrisin bizə nə ziyanı, nə də faydası var. Çünki ABŞ-nin "mətbəxini” bilmirik. Seçki kampaniyalarında səsləndirdikləri fikirlərlə, dövlət siyasətində aldıqları qərarlar bir çox hallarda eyni olmur. Buna görə də konkret nəsə demək çətindir. Kimin prezident olacağı bizim üçün nəyisə dəyişməyəcək. ABŞ gündəmində Azərbaycan yoxdur. Tərəflərdən birinə üstünlük verməyə gəldikdə isə bu barədə çətinlik çəkirəm”.

Sabiq millət vəkili Vahid Əhmədov isə Harrisin şanslarının daha çox olduğunu bildirib:

https://konkret.az/cloud/uploads/2024/11/images-5-404x252.jpeg 404w" sizes="(max-width: 701px) 100vw, 701px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

"Bu məsələyə fikir bildirməkdə çətinlik çəkirəm. ABŞ-də seçkilər demokratik yolla keçirilir. Orada prezidenti xalq seçir. Hər iki tərəfin reytinqi yüksəkdir. Tramp əvvəl prezident kimi fəaliyyət göstərib deyə, onun barədə təsəvvür mövcuddur. Bir dəfə Harrisin konfransda çıxışına qulaq asmışam, çox savadlı və cəsarətli fikirlər səsləndirdi. Hər iki tərəfin platformalarına diqqət yetirdikdə görürük ki, Tramp daxili siyasətə üstünlük verdiyi halda, Harris Baydenin yolunu gedir. Beynəlxalq aləmə mesajlar verir. Son sözü xalq deyəcək. Lakin düşünürəm ki, Harris bir addım öndədir”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az