""SOCAR Türkey"in "Petkim"dəki payı 51%-dən aşağı düşməyəcək"

Petkim"in əsas payçısı olan "SOCAR Turkey Enerji A.Ş." (STEAŞ) 2015-ci ildə iki dəfəyə İstanbul Fond Birjasının Topdan Satış bazarında ümumi həcmi 5% nisbətində pay satışı həyata keçirib. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş."nin prezidenti Kənan Yavuz sosial şəbəkələrdə paylaşıb.

K.Yavuz bu pay satışlarının bazarda olan tələbata görə edildiyini açıqlayıb:

"SOCAR Turkey Enerji A.Ş"nin birbaşa, yaxud dolayı olaraq "Petkim"dəki payı 51%-dən aşağı düşməyəcək", - SOCAR rəsmisi əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az