Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı senarini pozmaq üçün dayandırıldı?..

Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı senarini pozmaq üçün dayandırıldı?..

Noyabrın 26-27-də Avropadan Ermənistana bir sıra təyyarə reysləri təxirə salınıb. 
Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin "İravunk” nəşri məlumat yayıb. 
 
Avropa şəhərlərindən İrəvana uçmaq istəyən ermənilər və digər millətlərin nümayəndələri əllərində  çamadanları ilə sadəcə olaraq çıxılmaz vəziyyətdə qalıblar. Onlar Ermənistandan məlumat alıblar ki, həmin günlərdə hökumət Avropa ölkələrindən gələcək reyslərdən Soçidə keçirilən Putin-Paşinyan-Əliyev görüşü ilə bağlı yayınıb.
 
"Üçtərəfli görüşlə Avropa ermənilərinin Ermənistana gəlişinin əlaqəsinə gəlincə, bunu belə izah ediblər ki, Ermənistan hakimiyyəti Soçidəki görüşdən sonra İrəvanda böyük etiraz dalğasının baş qaldıracağından və bu səbəbdən də  ölkəyə çoxlu sayda diaspora ermənilərinin də gələcəyindən ehtiyat edir. Məhz həmin senarini pozmaq üçün planlaşdırılan uçuşlar pozulub”- deyə erməni qəzeti yazır.
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az