Şok: Bayden “erməni soyqırımı”nı tanıyacaq – KİV

Şok: Bayden “erməni soyqırımı”nı tanıyacaq – KİV

ABŞ Prezidenti Cozef Bayden "erməni soyqırımı”nı rəsmən tanımağa hazırlaşır.

Miq.Az xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal” qəzeti yayıb.

Qeyd edək ki, Baydenin sələflərindən heç biri "erməni soyqırımı”nı tanımağa cəsarət etməyib. Buna səbəb Türkiyə ilə münasibətləri pisləşdirməmək istəyi olub.

Bu ilin martında ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Baydeni "erməni soyqırımı”nı tanımağa çağırmışdı.

Bayden özü senator olduğu müddət ərzində yunan və erməni diasporları ilə aktiv işləyib, erməni lobbisinin üzvü olub. O, Senatda ermənilərlə bağlı layihələrə müəlliflik və ya tərəfdarlıq edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az