SON DƏQİQƏ: "Azərbaycan sülhməramlıların Laçın dəhlizindən keçməsinə icazə vermədi" - Petrosyan

SON DƏQİQƏ:

"Azərbaycanlılar Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçməsinə imkan verməyib”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Tiqran Petrosyan bildirib: "İndi bütün Laçın dəhlizinə azərbaycanlılar nəzarət edir. Bu gün də azərbaycanlılar rus sülhməramlılarının dəhlizdən keçməsinə icazə verməyiblər. Bu qadağanın səbəbi hələ məlum deyil. Bunu sülhməramlıların Qarabağda yerləşən hərbi bazasına qayıtması zamanı öyrənmək olar”, – deyə Petrosyan vurğulayıb.

Qondarma rejimin separatçısı ekofəallarımızın keçirdiyi aksiyanın fəaliyyətindən də danışıb: "Onların məqsədi nəzarət-buraxılış məntəqəsi quraşdırmaq olub. Artıq missiyaları tamamlanıb. Orada yük maşınlarını yoxlamaq üçün skaner də quraşdırılıb. Rusiya sülhməramlılarının susması nəticəsində onlar məqsədlərinə çatıblar. Erməni cəmiyyətində Rusiya sülhməramlılarına inam nəzərəçarpacaq dərəcədə azalıb. Əgər onlar dəhlizin blokunu qısa müddətdə açmasalar, o zaman biz beynəlxalq ictimaiyyətə, BMT-yə müraciət edəcəyik”, – deyə Petrosyan sərsəm fikirlərini tamamlayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az