Son dəqiqə: Rusiyada içərisində 26 sərnişin olan təyyarə yoxa çıxdı

Son dəqiqə: Rusiyada içərisində 26 sərnişin olan təyyarə yoxa çıxdı

Rusiyada içində 23 sərnişin və 6 ekipaj üzvünün olduğu AN-26 model təyyarə ilə əlaqə kəsilib.

Miq.Az xəbər verir ki, Kamçatkada radarlardan itən təyyarə ilə son dəfə eniş etməyə hazırlaşarkən əlaqə saxlanılıb.

Hazırda olayla bağlı rəsmi açıqlama verilməyib.

AN-26 təyyarəsi Kamçatkadan Palana şəhərinə uçurmuş.

Rusiya mediası təyyarənin uçuş əsnasında hər hansı bir nasazlıqla bağlı məlumat vermədiyini bildirib.

Təyyarənin dənizə düşmə ehtimalı üzərində durulur və hazırda helikopter və təyyarələrlə axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az