Şou-biznesdə Proqnoz onluğu

Şou-biznesdə Proqnoz onluğu

Vətəninfo.az dünya şöhrətli parapsixoloq Hacı Səid Nurtəbrizinin şou-biznes nümayəndələri ilə bağlı proqnozlarını təqdim edirik.


1.Aygün Kazımova - Növbəti plastik əməliyyatını keçirəcək. Yaxınlarda yeni sevgilisi ortalığa çıxıb, ictimailəşəcək. Kazımova tezliklə avtomobilini də yeniləyəcək. Türkiyədəki fəaliyyəti ilə bağlı xoşagəlməz söz-söhbətlər yayılacaq. Aygün isə yayılan xəbəri təkzib edəcək. Ancaq 2014-də həmən söz-söhbətin həqiqət olduğu aşkarlanacaq.

2. Faiq Ağayev - Peşə fəaliyyətində mühüm və hər kəsi heyrətləndirən bir addım atacaq. Ağayevin bu addımı ictimaiyyət arasında böyük ajiotaja səbəb olacaq. Və bu ona uğur gətirəcək. Yenidən gündəmə gələcək. Dövlət tərəfindən növbədənkənar mükafatlandırılacaq.

3. Zülfiyyə Xanbabayeva - Həm şəxsi həyatında, həm də övladı ilə bağlı ciddi problemler yaşayacaq. Qadın xəstəliyi ilə bağlı problemləri müğənninin səhhətində xoşagəlməz hallara gətirib çıxaracaq.

4. Röya Ayxan - Övladının səhhəti ilə bağlı problemlər ortaya çıxacaq. Amma yaxşı olacaq. Röya ilə media arasında qalmaqal düşəcək. Mediada yayımlanacaq fotoşəkil Röyanı çox qəzəbləndirəcək və bu, xoşagəlməz hala çevriləcək. Röyanın yaşlı müğənnilərdən biri ilə də qalmaqalı olacaq. İlin sonunda isə Röyanın başqa bir ölkədə konserti gözlənilir.

5. Natavan Həbibi - Yeni avtomobil alacaq. Səhhətində problem yaranacaq. Amma müğənni bunu ictimailəşdirməyəcək. İmkan daxilində mediadan gizli saxlayacaq. Həmçinin Həbibinin 4-5 ölkəyə səfəri olacaq.

6. Namiq Qaraçuxurlu - Şəxsi həyatında mühüm dəyişikliklər olacaq. Bu dəyişiklik evlilik və ev ilə bağlıdır. Bir hissəsi yanvara qədər, digər hissəsi isə 2014-cü ildə reallaşacaq. Bir sözlə, yeni ev alacaq və ailəsi ilə oraya daşınacaq. Namiq Qaraçuxurlu avtomobil qəzası keçirəcək. Amma bu əslində qəza yox, ona qarşı təxribat olacaq. Lakin bütün bunlara baxmayaraq meyxanaçı bu hadisədən salamat çıxacaq.

7. Manana - İlin sonları yenidən gündəmə gələcək. Başqa bir ölkədən olan müğənni ilə birgə səhnə alacaq. Yaxınlarından biri dünyasını dəyişəcək. Müğənni beyni ilə bağlı problem yaşayacaq. İlin sonu həkimə müraciət edəcək. Cərrahi əməliyyat tövsiyyə olunsa da, əməliyyatsız ötüşəcək.

8. Sevda Yəhyayeva - Həyatında, istər ailə, istər səhnə fəaliyyətində ilin sonuna qədər süküt olacaq. Müğənni sevdiyi insandan ayrılacaq. İlin sonunda isə yaradıcılığında müsbət ciddi addımlar atacaq.

9. Aygün Bəylər - Bir müddət sənətdən uzaq olsa da, bu müddət ərzində haqqında danışılan şayiələr ilə gündəmdən düşməyəcək . İlin sonları səhhətində yaşanacaq problemlərlə bağlı həkim nəzarətində olacaq.

10. Məleykə Əsədova - Bu il də aktrisa üçün uğurlu olacaq. Yeni avtomobil alacaq. Bir ara övladı ilə bağlı problem yaşayacaq. Yanvara qədər isə iki ölkəyə səfər edəcək.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az