Soyqırım faciəsi İçərişəhər «Cümə» məscidində qeyd olunub

Soyqırım faciəsi İçərişəhər «Cümə» məscidində qeyd olunub

Vətəninfo.az  xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı günü respublikamızın hər yerində olduğu kimi ölkənin dini ibadət yerlərində, o cümlədən İçəri şəhər «Cümə» məscidində də qeyd olunmuşdur.


Məsciddə keçirilən tədbirdə İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli qeyd etmişdir ki, bu gün Azərbaycanın bütün bölgələrində və dünyanın bir sıra ölkələrində 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın digər bölgələrində   azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi qurbanlarının xatirəsi gününə həsr edilmiş tədbirlər keçirilir. Həmin zaman erməni millətçiləri tərəfindən  azərbaycanlılara qarşı analoqu olmayan qəddarlıqlar həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılaraq dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. Onların əziz xatirəsini yad etmək bu gun biz müsəlmanları borcudur.
Hacı Surxay bildirmişdir ki, bir gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində soyqırım hadisəsinin ildönümü ilə bağlı böyük toplantı keçirilmiş, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar müraciət qəbul etmiş, respublikamızın bütün məscidlərində,  dini icmalarında  matəm tədbirlərinin keçirilməsi tövsiyə olunmuşdur.


Bununla əlaqədar İçəri şəhər «Cümə» məscidində də martın 31-də keçirilən namaz soyqırım hadisəsi qurbanlarının, həmçinin  torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə həsr olunmuşdur. Məsciddə faciə qurbanlarının xatirəsinə  dualar oxunmuş və ehsan mərasimi təşkil olunmuşdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az