ÜST-dən xəbərdarlıq: Koronavirusa yoluxma artır

ÜST-dən xəbərdarlıq: Koronavirusa yoluxma artır

Son bir həftə ərzində dünyada koronavirusa 12 milyon yoluxma qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 7 faiz çoxdur.

Miq.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bu müddət ərzində 32 min nəfərin ölümü qeydə alınıb. ÜST bildirir ki, yoluxma sayından fərqli olaraq ölüm hallarının sayında azalma müşahidə olunub.

Qeyd edək ki, ÜST-ün Avropa regional bürosu koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasına görə bir sıra ölkələrin tələsdiyini bildirmişdi.

Büronun məlumatına görə, hazırda Avropanın 18 ölkəsində yoluxma sayında artım qeydə alınır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az