“Su İstehsalçıları” İctimai Birliyinin etirazı

“Su İstehsalçıları” İctimai Birliyinin etirazı

Dövlət Məmmədov: “Slavyanka” təmiz sudu”

“ “Slavyanka”da xəstəlik tapıldı” yazısı istehlakçıları aldatmaq, “Slavyanka”suyuna qara yaxmaq üçün yazılıb”.
Bunu “Su İstehsalçıları” İçtimai Birliyinin sədri Dövlət Məmmədov Vətəninfo.az-a   “ “Slavyanka”da xəstəlik tapıldı” başlıqlı xəbər portallarından birinə istinadən yayımladığımız yazıya münasibətini bildirmək məqsədilə göndrdiyi cababda bildirilir.

Onun sözlərinə görə, 4 il bundan qabaq olan məsələni keçən il kimi oxucuların nəzərinə çatdırıb onları aldatmaq, çaşdırmaq lazım deyil.
“İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti adında qurum yoxdur. Olmayan qurum nə təhər “Slavyanka” suyunun istehsal edildiyi sexin ehtiyat çənindən və su xətlərindən nümunələr götürərək müayinə üçün laboratoriyaya göndəriblər? İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmət var, onlarda “Slavyanka”su zavodunda heç bir yoxlama aparmırlar”-deyən D. Məmmədov qeyd edib ki, “Slavyanka” suyu Azərbaycanın tanınan seçilən beş suyundan biridir. “Akva-vita”, ”Damla”, ”Slavyanka”, “Sirab”,”Badamlı” Azərbaycanı xarici dövlətlərdə tanıdırlar. Eyni zamanda bu müəssələr Azərbaycan büdcəsinin yaranmasında yaxından iştirak edirlər.

“ Bu müəssələrin heç biri 19 litirlik plasmas qabları geri alıb təzədən su ilə doldurub əhaliyə satmır. Gələcəkdə su haqqında yazı yazanda araşdırıb həqiqəti yazmaq lazımdı.Görünür bəzi adamlar Əkrım Əylislinin "Daş yuxularını" oxuyub Azərbaycanın adına ləkə gətirən "yuxylar" görürlər”


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az