Su tarifləri də artırılır? - RƏSMİ AÇIQLAMA

Su tarifləri də artırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib.

 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

 

Onun sözlərinə görə, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir:

 

"İsrafın qarşısını almaq və su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqidir. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az