Sülh olacaq, ardınca yeni müharibə başlayacaq: səbəb var! – Abramyan
"Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, 2020-22-ci illərdə Ermənistandan qopardığı ərazilər Azərbaycanındır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesində problemlər yaranacaq:
"Sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, sərhədlərin tənzimlənməsi məsələsi həmişə təhlükə olaraq qalacaq.
Azərbaycanın sərhəd problemlərinin həlli ilə bağlı fikirləri göstərir ki, hansısa mərhələdə ya Ermənistan yeni ərazilər vermək yolu ilə gedəcək, ya da müharibə başlayacaq”.
Qeyd edək ki, Azərbaycan Ordusu 2020-2023-cü illərdə keçirilən bütün əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Ermənistan tərəfinin zaman-zamanı Azərbaycanı işğalda ittiham etməsi absurddur.