Suraxanı rayonunda 1 ci Qarabağ müharibəsi şəhidi Səxavət Hacıyevin 55 illiyi münasibəti anım tədbir keçirildi

Suraxanı rayonunda 1 ci Qarabağ müharibəsi şəhidi Səxavət Hacıyevin 55 illiyi münasibəti anım tədbir keçirildi

Mərasimdə gənc yazar Xalid Mahmudun şəhidə həsr etdiyi "Vətən sənə oğul dedi" kitabının da təqdimatı oldu. Məlumat üçün bildirək ki, kitab vətənimizin müdafiəsi, azadlığı, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş Səxavət Hacıyevin qısa, lakin şərəfli döyüş yolundan bəhs edir. 

Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin doğulduğu Lerik rayonunun icra hakimiyyəti nümayəndəsi Cəlil Baxşıyev millət vəkilləri, şəhidin ailə üzvləri, şairlər, ziyalılar, şəhid ailələri, və qazilər iştirak etdi. 

Mərasimdə çıxış edənlər şəhid Səxavət Hacıyevin 1 ci qarabağ müharibəsində düşmən üzərində göstərdiyi tarixi qəhrəmanlıqdan onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar.
Qeyd edək ki, şəhid Səxavət Hacıyev 1966 cı il Lerik rayonunun Rvarud kəndində doğulub. 

O, 1992-ci ildə könüllü olaraq, Qarabağ uğrunda başlanan döyüşlərə qatılır. İlk olaraq Şuşada vuruşan qəhrəmanımız Sədərək uğrunda, həmçininin Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir.. Lakin o, Ağdarə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bu döyüş Səxavətin sonuncu göstərdiyi qəhrəmanlıq döyüşü olur.

O, 1993-ci il yanvarın 25-də əbədi ölməzliyə qovuşuraq, şəhidlik zirvəsinə ucalır.
 
Open photo
 
Open photo 
 
Open photo 
 
Open photo 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az