Suriyadakı rus bazaları necə olacaq? – Lavrov şok etdi

Suriyadakı rus bazaları necə olacaq? – Lavrov şok etdi
Qətərin paytaxtı Dohada "Suriya üzrə Astana formatı”nda keçirilən Türkiyə, Rusiya və İran XİN başçılarının görüşündən sonra mediaya açıqlamasında Rusiya XİN başçısının bir suala cavabı geniş müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, mətbuat konfransında Suriyada vəziyyətin necə inkişaf edəcəyi və oradakı Rusiya hərbi bazalarının taleyinin necə olacağı ilə bağlı Lavrova sual ünvanlanıb.

Lavrovun cavabı isə belə olub:

"Heç bir proqnoz verə bilmərəm. Fələstin dövləti qurulmayınca Yaxın Şərqdə ekstremizm artacaq”.

Qeyd edək ki, Rusiyanın Suriyada xüsusi əhəmiyyət daşıyan Hmeymim və Tartus bazaları var.

Hazırda Suriya müxalifət qüvvələri artıq paytaxt Dəməşqin girişində döyüşlər aparır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az