“Sürüşmə zonasındakı evlərin əksəriyyəti sənədsizdir”

“Sürüşmə zonasındakı evlərin əksəriyyəti sənədsizdir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatlarına görə, Bayıl yamacaındakı sürüşmə sahəsində çatların genişlənməsi müşahidə edilib. 

"Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb. Əhalinin təhlükəsizliyinin təmin edilməsi mqəsədilə yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bu barədə Modern.az-a məlumat verən Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, evlərin bəzilərində çatlar yaranıb:
"Hazırda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün start verilən köçürülmə davam edir. Prosesin gedişatından asılı olaraq, neçə ailənin köçürüləcəyi müəyyən olunacaq. Hələlik köçürülmə davam etdiyindən dəqiq say demək mümkün deyil”.

Qurum rəsmisinin sözlərinə görə, sürüşmə zonasındakı evlərin əksəriyyəti sənədsiz evlərdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az