Şuşanı işğal etmiş “meşə tülküsü” xəstəxanalıq oldu...
Erməni general-mayor Arkadi Ter-Tadevosyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb. Məlumata görə, səhhətində ağır problemlər yaranmış "meşə tülküsü” ləqəbli general təcili olaraq İrəvandakı "Erebuni” xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, Ter-Tadevosyan 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Rusiya ordu komandanlığının nəzarəti altında " Dağlarda toy” adlı əməliyyata başçılıq edib.
Sultan Laçın