Tahir Kərimli Araz Əlizadənin müdafiəsinə qalxdı: “Bəzi insanlar niyə mənəviyyatlarını itirirlər?!”

Tahir Kərimli Araz Əlizadənin müdafiəsinə qalxdı: “Bəzi insanlar niyə mənəviyyatlarını itirirlər?!”

Milli Məclisin deputatı Tahir Kərimli həmkarı Araz Əlizadəyə görə sosial şəbəkə istifadəçilərini sərt tənqid edib.

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, A.Əlizadə xəstəxanaya yerləşdirilib, ona görə də deputat barəsində neqativ fikir səsləndirmək düzgün deyil.

"Sosial şəbəkələrdə Araz Əlizadə ilə bağlı yazılanlara təəssüf edirəm. Bəzi insanlar niyə belə mənəviyyatlarını itirirlər?! Bir insanın xəstəliyindən istifadə edərək neqativ münasibət bildirmək düzgün deyil axı. Biz nə zaman belə olduq... İnsanlar, hətta nifrət etdikləri adam belə xəstələnəndə mənfi fikir bildirməməlidirlər. Biz ona sağlamlıq arzu edirik. İnsanlarımız belə hallarda nəzakətli olmalıdırlar” – Deputat qeyd edib.
 

Xatırlatma: Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə dekabrın 18-də xəstəxanaya yerləşdirilib, əməliyyat olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az