Tahir Salahovun bu əsəri 269 minə satıldı – FOTO

Tahir Salahovun bu əsəri 269 minə satıldı – FOTO

Dekabrın 1-də Londonda Sotheby's hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərin satışı həyata keçirilib.

VİZUAL.az xəbər verir ki, hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun "Aydan" əsəri 269 min funt sterlinqə satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda "Gekkosso" qalereyasında şəxsi sərgisi üçün çəkilib.

Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby's rəsmilərinin sözlərinə görə, "Aydan" əsəri Sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb.|Axsam.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az