Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadə edilməsində Azərbaycan öz müsbət təcrübəsi ilə seçilir.
Vətəninfo.az Publika.az-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat Konfransında Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao deyib.
"Ötən 21 ildə Azərbaycanın inkişafı bunun bariz nümunəsidir. Dövlət Neft Fondunun yaradılması gələcək nəslin ehtiyaclarının ödənilməsi və makroiqtisadi sabitliyi təmin etmək baxımından uğurlu addımlardan biridir. Azərbaycan Hökuməti müasir dünyadakı çağırışları çox gözəl anlayır və buna uyğun addımlar atır", AİB prezidenti əlavə edib.
Azərbaycanın böyük inkişaf perspektivinin olduğunu deyən T.Nakao səfərinin sosial-iqtisadi məsələlərin, investisiya layihələrinin müzakirəsi baxımından gözəl imkan yaratdığını diqqətə çatdırıb. Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq burada gördüyü inkişafdan məmnunluğunu bildirib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib