“Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir” - Elnur Allahverdiyev

“Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir” - Elnur Allahverdiyev
Azərbaycanda taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir.

"Report" xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda "Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub. Bu, bir reallıqdır”, - E. Allahverdiyev qeyd edib.

Deputat bildirib ki, digər tərəfdən qonşu Gürcüstanda paytaxtda bir "Bolt" fəaliyyət göstərir: "Biz də bu qaydadan istifadə edib, 3-5 taksi aqreqatorunu ədalətli rəqabətə cəlb edə bilərik".

Deputat Tahir Mirkişili isə E.Allahverdiyevin bu fikrinə cavab olaraq bildirib ki, yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az