Taksini bəhanə etmək düzgün deyil... - Deputat

Taksini bəhanə etmək düzgün deyil... - Deputat


Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?!

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir:

"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az