Talibandan İrana sərt cavab – “Burada istədiyinizi edə bilməzsiniz”
Əfqan qaçqınlarının qeyri-insani görüntülərinə görə son vaxtlar etirazla qarşılanan İran və Taliban hökuməti arasında gərginlik artmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, hər fürsətdə dialoqa açıq olduqlarını dilə gətirən Taliban lazım gəldikdə İrana atdığı addımlara görə cavab verməkdən də çəkinmir.
"Mepa News”-un məlumatına görə, Əfqanıstan İslam Əmirliyi rəhbərliyi İran tərəfindən dəstəkləndiyi bildirilən mərkəzi bağlamaq qərarına gəlib.
Paytaxt Kabildə keçirilən son etiraz aksiyasından sonra şiə xəzaralara məxsus "Tibyan” adlanan mərkəz bağlanıb.
Əfqanıstan Ədliyyə Nazirliyinin məsələ ilə əlaqədar bəyanatı kifayət qədər sərt olub.
Bağlanan mərkəzin mədəni fəaliyyət göstərmək üçün yaradıldığı, lakin siyasi işlərlə məşğul olduğu, xarici təşkilatlarla və ya xarici dövlətlərlə təmasda olmamalı olduğu vurğulanıb. Həmçinin bildirilib ki, İran istədiyi ölkədə apardığı təbliğatı Əfqanıstanda apara bilməz.
Miq.Az