Talibandan Rəisiyə sərt cavab: Bir də təkrar etməyin!

Talibandan Rəisiyə sərt cavab: Bir də təkrar etməyin!
İbrahim Rəisinin Taliban hökumətini Hirmənd çayının axınını dəyişdirməkdə günahlandırması yanlış məlumatlara əsaslanan yersiz bəyanatdır.

Axar.az xəbər verir ki, bu sözləri Taliban hökumətinin rəsmisi Zəbiullah Mücahid İran prezidentinin xəbərdarlığına münasibət bildirərkən deyib.

O, İbrahim Rəisinin bəyanatını "nalayiq çıxış” adlandırıb:

"Bu, münasibətlərə zərbə vura bilər və bir daha təkrar olunmamalıdır”, - o deyib.

Qeyd edək ki, mayın 18-i Rəisi Talibanın Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistanın su payını vermədiyini bildirmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az