Etibar Babayevə ATV-də vəzifə verildi

Etibar Babayevə ATV-də vəzifə verildi
Vətəninfo.az xəbər verir ki, Tanınmış telejurnalist Etibar Babayevə yeni vəzifə verilib. O, "Azad Azərbaycan” telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. E. Babayev bununla yanaşı, telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək. Məlumat ATV-dən təsdiqlənib. Qeyd edək ki, E. Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az