Tanınmış müğənninin oğlu pula görə adam öldürdü

Tanınmış müğənninin oğlu pula görə adam öldürdü

Bu gün Bərdə rayonunda qətl törədən 26 yaşlı Allahverdiyev Tural Vidadi oğlu tutulub. Lent.az-ın məlumatına görə, Alaçadırlı kəndində tanışı, 24 yaşlı Məkan İsmayılovu münaqişə zəminində 3 bıçaq zərbəsi ilə qətlə yetirən T.Allahverdiyev istintaq orqanına təhvil verilib. O, saxlanılarkən bıçaqla özünə xəsarət yetirib.

İlkin araşdırma zamanı məlum olub ki, M.İsmayılovun T.Allahverdiyevə 1000 manata yaxın borcu olub. Araşdırmalar davam etdirilir.

Miq.az lent.az-a istinadən bildirir ki, T.Allahverdiyev mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur. Qeyri-rəsmi nikahdan doğulmasına baxmayaraq Vidadi Bərdəli oğlunun sənədində öz adının qeyd edilməsinə razılıq veribmiş.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az