Tanınmış “qanuni oğru” öldürüldü – Onu pəncərədən atıblar – FOTO

Tanınmış “qanuni oğru” öldürüldü – Onu pəncərədən atıblar – FOTO
Rusiyanın Yeni Moskvada adlanan ərazisində cinayət hadisəsi baş verib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, "Fransız” ləqəbli qanuni oğru mənzilinin pəncərəsindən yerə atılıb. 27 yaşlı Maksim Fransuzovun cansız bədəni binanın həyətində tapılıb.
Hadisə yerinə gələn  həkimlər onun öldüyünü təsdiqləyiblər.
Cinayətlə bağlı istintaq aparılır.

Qeyd edək ki, 27 yaşlı "qanuni oğru” ötən il də sui-qəsdə məruz qalıb.
Məlumata görə, "Fransız” ləqəbi ilə tanınan "qanuni oğru” 4 güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Dindirilmə zamanı o, kim tərəfindən güllələndiyini bilmədiyini deyib. Maksim Fransuzov həmçinin dindirilmə zamanı "qanuni oğru” adından imtina edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az