Tankçılarımız 5-ci yerdədir - “Tank biatlonu” müsabiqəsində

Tankçılarımız 5-ci yerdədir - “Tank biatlonu” müsabiqəsində
"Tank biatlonu" müsabiqəsində reytinqə görə Azərbaycan tankçıları 5-ci yerdədir.

Miq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.

15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi "Tank biatlonu" müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək.

Yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda tankçılarımız avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.

Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq.

Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir.





Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az