“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri
Müğənni Nura Suri ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

O, bu barədə öz hesabında paylaşım edib. 

"Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə. İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yollarını axtarın",-  deyə, müğənni bildirib. 

Qeyd edək ki, bu gün Tarif Şurası sərnişindaşımada gedişhaqqı ilə bağlı hökumətə təkliflər verəcəyini açıqlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az