““Taxıl sazişi” daha 120 gün müddətinə uzadıldı”- ZELENSKİ qərarı açıqladı

““Taxıl sazişi” daha 120 gün müddətinə uzadıldı”- ZELENSKİ qərarı açıqladı
Ukrayna prezidenti Vladimir Zelenski "taxıl sazişi”nin uzadılması ilə bağlı xəbərləri təsdiqləyib.

Azpost.info xəbər verir ki, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bugünkü açıqlamasında sazişin 120 gün müddətinə uzadıldığını bildirmişdi. Onun sözlərinə görə, bu qərar İstanbulda keçirilən danışıqlarda verilib.

"Taxıl sazişi”nin müddəti 120 gün uzadılıb. Ukrayna BMT Baş katibi Antonio Quterres və Türkiyə Prezidenti Tayyip Ərdoğanla birlikdə ərzaq böhranı ilə qlobal mübarizədə əsas qərarı qəbul etdi”, – Zelenski "Tviter” səhifəsində yazıb.

O əlavə edib ki, hazırda BMT və Türkiyənin məsələ ilə bağlı rəsmi açıqlamaları gözlənilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az