Tbilisidə ermənilərin təxribatının qarşısı alınıb

Tbilisidə ermənilərin təxribatının qarşısı alınıb

İyulun 1-də Tbilisidə ATƏT Parlament Assambleyasının 25-sessiyası keçirildiyi "Ekspo-Corciya” sərgi mərkəzində azərbaycanlı jurnalistlər tərəfindən erməni nümayəndələrinin təxribatının qarşısı alınıb.

Tədbirdən xəbərlər yayan Azərbaycan jurnalistləri bir neçə dildə nümayiş etdirilən "Bütün dünya nişan alınır, Ermənistana atəş edilir” adlı kitab barədə ATƏT Parlament Assambleyasının müvafiq strukturu məlumatlandırılıb və təxribat yönümlü ədəbiyyat foyedən yığışdırılıb.

355 səhifədən ibarət kitabda "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacaq”, "Rusiyanı nişana alır, Ermənistana güllə atırlar” və digər yalan, təxribat dolu məqalələr yer alıb.

Qeyd edək ki, kitabın müəllifi 1949-cu il təvəllüdlü Ermənistan parlamentinin deputatı, ATƏT PA-dakı daimi nümayəndəliyinin rəhbəri Artaşes Qeqamyandır. (APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az