Teatrı söküb yerində çoxmərtəbəli bina tikirlər-Azərbaycanda

Teatrı söküb yerində çoxmərtəbəli bina tikirlər-Azərbaycanda

Yuğ Dövlət Teatrı yerləşdiyi binadan çıxarılır.

Binadan çıxmaq üçün teatrın kollektivinə bir həftə vaxt verilib. 

Miq.az Ölkə.az-a istinadən bildirir ki, teatrın hazırda yerləşdiyi məkan tarixi bina olmasına rəğmən, söküləcək və yerində çoxmərtəbəli yaşayış binası tikiləcək. Yuğ teatrı isə Əhmədli qəsəbəsindəki kitabxanalardan birinə yerləşdiriləcək. Əldə etdiyimiz digər məlumata görə, kollektiv bu qərardan narazı qalıb. Onlar şəhərin mərkəzindəki iş yerlərini nisbətən kənar sayılan Əhmədliyə dəyişmək istəmirlər.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az