TƏBİBdən Səhiyyə Nazirliyinə maaş ittihamı: həkimlərin pulunu kim yeyib?

TƏBİBdən Səhiyyə Nazirliyinə maaş ittihamı: həkimlərin pulunu kim yeyib?

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev koronavirusla mübarizəyə cəlb edilən həkimlərin maaşlarını ala bilmədiklərini açıqlayıb.
Miq.Az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova qafqazinfo-ya açıqlamasında bildirib ki, Tədris Terapevtik Klinikası Səhiyyə Nazirliyinin balansındadır: "Əgər məsələ bu klinikanın əməkdaşlarından gedirsə, onların maaşını Səhiyyə Nazirliyi verir. Digər klinikalarda çalışan və COVID-19 ilə mübarizəyə cəlb olunmuş tibb işçilərinə ödənilən müddətli əlavələr isə Nazirlər Kabinetinin qərarı ilə verilir. May və iyun ayları üçün bu qərar icra olunub. İyul ayı üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az