Təcili: Vilayət Eyvazov “Bandotdel”də Cahangir Hacıyevə ittiham oxuyur

Təcili: Vilayət Eyvazov “Bandotdel”də Cahangir Hacıyevə ittiham oxuyur

Az əvvəl aldığımız məlumata görə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov və nazirliyin istintaq idarəsinin müstəntiqləri, habelə prokurorluq orqanlarının əməkdaşları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasındadır.

Miq.az Virtualaz.org-a daxil olan məlumata istinadən bildirir ki, idarədə Vilayət Eyvazovun rəhbərliyi ilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yekun ittihamın elan edilməsi üçün müşavirə keçirilir. Yekun ittihamın az sonra C.Hacıyevə elan olunacağı gözlənilir. C.Hacıyev iri məbləğdə mənimsəmədə  və dələduzluqda ittiham olunur. Lakin yekun ittiham aktında ona qarşı hansı maddənin irəli sürüləcəyi haqda məlumat yoxdur.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az