Azərbaycanda son günlər təhlükəsizlik sferası və rabitə sahəsində baş verən hadisələrlə əlaqədar müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məsələsi gündəmə gəlib.
VİZUAL.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov APA-ya bildirib ki, təhlükəsizlik, dövlət sirrinin qorunması və bundan irəli gələn məsələlər, eləcə də bu mövzuların mətbuatda işıqlandırılması forması ilə bağlı dövlət başçısının müvafiq sərəncamı var və bundan irəli gələrək qanunvericiliyə əlavə və dəyişikliklər hazırlanıb. Milli Məclisdə bu məsələnin müzakirəyə çıxarılacağını söyləyən S. Novruzov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin və bunlarla əlaqədar olaraq rabitə sisteminin möhkəmləndirilməsinə dair əlavə və dəyişikliklərdir: "Yeni parlamentdə bu məsələlərin müzakirəyə çıxarılması planlaşdırılıb. Məqsəd qeyd olunan sahələrin gücləndirilməsidir. Bu sahədə qanunazidd əməllərə qarşı Cinayət Məcəlləsindəki müvafiq maddələrin sərtləşdirilməsi də nəzərdə tutulub”.
S. Novruzov qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacağını deyib: "Çünki təhlükəsizliyin əsas istiqamətlərindən biri elə rabitə sistemidir”.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE