Təhsil naziri iki şöbə müdirini işdən çıxardı

Təhsil naziri iki şöbə müdirini işdən çıxardı

Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib. 

Belə ki, hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və  onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az