Son günlər ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmə prosesi demək olar ki, dayanıb.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənovun sözlərinə görə, son günlər ərzində yağıntılar müşahidə edilmədiyindən ərazidə vəziyyət stabildir:
"Teleqüllənin yaxınlığında monitorinq məqsədilə quraşdırılmış mayaklarda heç bir dəyişiklik müşahidə edilməyib. Prosesin dinamikasında aktivləşmə yoxdur. Buna görə də sürüşmə sahəsinin və çatların genişlənməsi müşahidə edilməyib”.
R.Həsənov əlavə edib ki, sürüşmə sahəsinin bir hissəsi evləri də əhatə edir.
ETSN rəsmisinin sözlərinə görə, əsas çatlar Bayıl yamacının yuxarı hissəsində qeydə alınıb:
"Yamacın aşağı hissəsində də müəyyən qədər çatlar var. Yamacın yuxarı hissəsində olan proses onun aşağı hissəsinə, eləcə də oradakı evlərə öz təsirini göstərib. Burada təhlükə ondan ibarətdir ki, aşağı hissədə o qədər böyük çatlar olmasa belə, aktivləşmə davamlı olacağı təqdirdə yuxarı hissədəki böyük süxur kütlələri yaşayış evlərini basa bilərdi”.
R.Həsənov Bayıl yamacında baş verən bu proseslərin sürüşmə-oturma prosesi olduğunu da açıqlayıb.
Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ