“Space” telekanalında dava salan müğənni Təranə Qumral hadisə barədə geniş məlumat verib.
O, "Aznews.az"a açıqlamasında bildirib ki, verilişə dəvət olunanda mövzudan xəbərsiz olub: “Verilişdə gözləmədiyimiz halda yenə ötən il bizim ailədə baş verən hadisələrdən danışıldı. Musa müəllim dedi ki, bizdən danışmayın, gedin atasız, nikahsız uşaq dünyaya gətirənlərdən danışın. Hər şey də bundan başladı. Mən bilmirdim ki, belə söhbətlər olacaq. Çünki bizim söhbətlər ötən il oldu, getdi. Mən də bununla bağlı qadağa qoydum. Dedim ki, kim təkrarən bu mövzunu gündəmə gətirsə, həmin şəxsi məhkəməyə verəcəyəm. Yenidən bu söhbətə qayıtmağın adı yoxdur. Ona görə də verilişi tərk elədik. Mən həmin adamları məhkəməyə verəcəm. Əvvəla bununla bağlı məhkəmə qərarı var. İkinci də bizi verilişə çağıranda tamam başqa bir mövzunun müzakirə ediləcəyi deyildi. Orda isə bizə sürpriz etdilər. Buna görə də həmin verilişi hazırlayanları məhkəməyə verəcəyəm. Qoy, veriliş yayımlansın, vəkilimlə danışacam”.
Qeyd edək ki, “Space” telekanalında yayımlanan “Günaydın” verilişi “SOY” prodakşının layihəsidir. Layihənin icraçısı isə tanınmış teleaparıcı Elçin Əlibəylidir.
Xatırladaq ki, Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova “Space” telekanalında “Günaydın” verilişinin qonağı olublar. Əxlaq mövzusunda müzakirə zamanı cütlüklə prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Əsəblərinə hakim olmayan Musa Musayev prodüserə hücum çəkib.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT